• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Köhnə avtomobillərə əlvida - Bazarda nə gözlənilir? [xfvalue_red]

15 Haz, 24 - 14:44

Köhnə avtomobillərə əlvida - Bazarda nə gözlənilir?


Bu ilin birinci rübündə Gürcüstan Azərbaycana 48,457 milyon dollar dəyərində 2 601 ədəd avtomobil ixrac edib.

Lakin 2023-cü ilin ilk üç ayı ərzində Gürcüstan Azərbaycana 99,683 milyon dollar dəyərində 7 348 ədəd avtomobil ixrac etmişdi. Gürcüstan Milli Statistika İdarəsindən bildirilib ki, cari ilin birinci rübündə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik müqayisədə 51,226 milyon dollar və ya 51,3 faiz, sayı isə 4 747 ədəd və ya 64,6 faiz azalıb. Biz statistikaya baxsaq görərik ki, bir neçə ildir Gürcüstandan ölkəmizə idxal edilən avtomobillərin sayında azalma müşahidə edilir. Lakin 64 faiz azalma böyük rəqəmdir. Bəs idxalın bu qədər azalması nəyin göstəricisidir? Artıq qonşularımızın maşınlarına ehtiyacımız yoxdur?

Seçimlərimiz dəyişib

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirdi ki, artıq ölkəmizə keyfiyyətsiz avtomobillər gətirilmir: “Ölkəyə gətirilən avtomobillərin sayı azalsa da, qiymət olaraq azalma müşahidə edilmir. Hətta artım olduğunu söyləyə bilərik. Bu da o deməkdir ki, ölkəyə gətirilən ucuz və keyfiyyətsiz avtomobillərin sayı azalıb. Deməli, daha bahalı və keyfiyyətli avtomobillər gətirilir. Bunun səbəbi avtomobil parkımızın yenilənməsi üzrə görülən işlərdir. Həmçinin köhnə avtomobillərdə problemlərin ortaya çıxması onlara olan marağı azaldıb. İdxal edilən köhnə avtomobillərin bazarda satışı da zəifləyib. Satılmadığı üçün alverçilər bu avtomobilləri gətirmirlər”. SEO Xidməti

E.Əliyevin sözlərinə görə, Gürcüstandan gətirilən avtomobillərin sayının azalması yeni tendensiya deyil. Bu hal quru sərhədlərimiz bağlandıqdan bəri müşahidə edilir: “Lakin hazırda statistikada daha böyük rəqəmlər qeydə alınır. Səbəb taksi fəaliyyəti ilə məşğul olanlara tətbiq edilən yeni qaydalardır. Bunlar da idxala istər-istəməz öz təsirini göstərir”.

Yerli bazarı artıq onlar təmin edəcəklər

Müsahibimizin fikrincə, idxal azaldığı üçün insanlar daha çox yerli istehsala yönəlirlər: “Naxçıvan, Hacıqabul və Neftçaladakı zavodlarımızda istehsal edilən avtomobillərə maraq arta bilər. Bu isə yerli istehsalın daha da inkişafı, stimullaşdırılması deməkdir. Yerli bazarı artıq onlar təmin edəcəklər. Bu da onlar üzərində yaranan əlavə məsuliyyətdir. Yerli istehsalımız özünü həm xidmətdə, həm də qiymətdə dəfələrlə sübut edib. Bu səbəbdən artıq insanlarımız da yerli istehsala güvənirlər. Əsasən də taksi fəaliyyəti ilə məşğul olan şirkətlər yeni qaydalardan sonra yerli istehsalımız olan avtomobilləri almağa meyllidirlər”.

Ekologiyamızı da qorumuş olacağıq

E.Əliyev qeyd etdi ki, köhnə avtomobillərin azalmasını müsbət qiymətləndirməliyik, çünki ekologiyamızı xilas edirik: “Gürcüstandan avtomobil idxalının azalması bazarımız üçün də sərfəlidir. Çünki bazara ucuz və keyfiyyətsiz avtomobillərin gətirilməsi heç kimə sərf etmir. Əksinə, hər kəsə lazımdır ki, ölkəyə daha keyfiyyətli və alıcılıq qabiliyyəti yüksək avtomobillər gətirilsin. Ölkəmizin də atdığı addımlarda məqsəd bundan ibarətdir. Bu sayədə həm də ekologiyamızı da qorumuş olacağıq”.

Daha çox şərq ölkələrindən gətirilir

Nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, insanların artıq elektromobillərə yönəlməsi dövrün tələbidir: “Gürcüstandan gətirilən avtomobillərin həm sayı, həm də dəyəri azalıb. Buna səbəb kimi son dövrlər elektromobillərə, hibrid avtomobillərə marağın artmasını göstərə bilərik. Avtomobil sahibi olmaq istəyənlər artıq bu yöndə qərar verirlər. Elektromobillər həm müasir, həm komfortlu, həm də ucuzdur. Bu səbəbdən də insanlar onu seçirlər. Bu, bütün dünyada gedən prosesdir. Elektromobil və hibrid avtomobillər isə daha çox şərq ölkələrindən gətirilir. Bu səbəbdən Gürcüstandan gətirilən maşınlara maraq azalıb”.

Y.Mustafayevin sözlərinə görə, qeyd edilən statistik rəqəm zaman keçdikcə daha da artacaq: “Düşünürəm ki, gələcəkdə Gürcüstandan, Avropadan gətirilən avtomobillərin sayı daha da azalacaq. Bu tendensiyanın olması hər bir halda müsbətdir. Çünki bizə Gürcüstandan daha çox işlənmiş avtomobillər gətirilirdi. Onlar da avtomobil parkımızın yenilənməsi əvəzinə, əksinə, daha da köhnəlməsinə gətirib çıxarırdı. Hədəfimiz də ölkəyə ekoloji avtomobilləri gətirmək olduğu üçün azalması daha yaxşıdır”.

“Avtomobil bazarımız yetəri qədər dolub”

İqtisadçı Fuad İbrahimovun fikrincə, ola bilər ki, gələcək aylarda avtomobil idxalı daha da artsın: “Müəyyən bir dövrün statistikasına əsasən fikir söyləmək mümkün deyil. Bu dövrdə avtomobil az gətirilibsə, növbəti aylarda arta bilər. Gürcüstan avtomobillərin depolandığı ərazidir. Onların beynəlxalq limanına müxtəlif ölkələrdən avtomobillər gətirilir, sonra isə digər ölkələrə ixrac edilir. Gürcüstandan avtomobil idxalının azalması müsbət haldır. Çünki avtomobil bazarımız yetəri qədər dolub. Bu zaman idxal çox olduğu üçün satışda da müxtəlif məhdudiyyətlər yaranır”. ("Kaspi" qəzeti)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
backend
Azərbaycanın ən böyük ticarət tərəfdaşı bu ölkədir
backend
Bu il ölkəyə idxal olunan nəqliyyat vasitələrinin sayı
backend
İrandan Azərbaycana gələnlərin sayı AZALIB
backend
Qida məhsullarının istehsalında artım var
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 297

XƏBƏR LENTİ

Azərbaycan millisi Avstriyanı 4:0 hesabı ilə məğlub edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3911 Ekm
Polşada 25 yaşlı azərbaycanlı vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3711 Ekm
Gəncəyə dördüncü raket hücumundan altı il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3611 Ekm
Şahbaz Şərif İlham Əliyevdən dəstək istədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1011 Ekm
Polkovnik Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0711 Ekm
Azərbaycanda LGBT təbliğatına məhdudiyyətlərin tətbiqi müzakirə olunur? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0511 Ekm
Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5911 Ekm
Masazırda yanğın: 4 avtomobilə ziyan dəydi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5111 Ekm
Nailə Sadıqova: təhsildə məsuliyyət, idarəçilik və valideyn məmnuniyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2210 Ekm
Cəlilabad rayonunda təhsilə məsuliyyətli yanaşma: Xalidə Hüseynovanın rəhbərliyi valideynlərin razılığı ilə diqqət çəkir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1510 Ekm
Gülarə Ağayevanın rəhbərlik etdiyi uşaq bağçası: gələcəyin təməli uşaqlıqdan qoyulur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0610 Ekm
İmişli rayonunun Çahar kənd məktəbi: peşəkar idarəçilik, pedaqoji məsuliyyət və təhsilin inkişafına xidmət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4810 Ekm
“Smart Education” bağçalar şəbəkəsi: müasir məktəbəqədər təhsilin keyfiyyətinə və uşaqların hərtərəfli inkişafına yönələn idarəçilik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4210 Ekm
Tovuzda ildırım səbəbindən evdə yanğın baş verdi – Ev sahibi zəhərləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0410 Ekm
TƏBİB-də yeni təyinat olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0110 Ekm
Bakıda 10 küçə və prospektdə nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5810 Ekm
Mingəçevirdə tanınmış həkim-qastroenteroloq vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5110 Ekm
Abşeronda yaşayış kompleksində baş verən yanğın söndürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4810 Ekm
Ər-Riyad hava limanına raket hücumu: Səudiyyə Ərəbistanının pilotu həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3610 Ekm
İlham Əliyev: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2310 Ekm
Türkmənistanda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0310 Ekm
2026-cı il Nobel Sülh Mükafatının qalibi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0110 Ekm
İlham Əliyev “Avaza” Kompleksində Azərbaycan milli stendi ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5910 Ekm
Zaminə Mehtiyeva – təhsilin keyfiyyətinə, idarəetmə mədəniyyətinə və məsuliyyətli rəhbərlik prinsipinə önəm verən direktor [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:069 Ekm
İsmayıl Əvəzov – dövlətə xidmətin, idarəçilik mədəniyyətinin və peşəkar məsuliyyətin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:239 Ekm
Ermənistanda hərbi xidmətə çağırış yaşı 32-yə qaldırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:009 Ekm
Romario Ronaldunun səhvini açıqladı: “Daha əvvəl ona belə deməli idi” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:599 Ekm
ABŞ-də Nikolas Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar irəli sürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:529 Ekm
Tailand kraliçası qırıcı təyyarədə təkbaşına uçuş həyata keçirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:409 Ekm
Azərbaycanda bəzi kolleclər ləğv oluna, digərləri universitetlərin tərkibinə daxil edilə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:069 Ekm
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:049 Ekm
İlham Əliyev Türkmənbaşı şəhərində Milli Kulinariya Festivalı ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:599 Ekm
Ermənistanın Gorus şəhərində TRIPP layihəsi ilə bağlı texniki görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:539 Ekm
Noyabr ayında ardıcıl üç gün istirahət olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:439 Ekm
“ARAZ” MARKETİNDƏ KOLBASA SKANDALI? İSTEHLAKÇININ İDDİALARI CİDDİ SUALLAR YARADIR — QANUNTV.AZ ARAŞDIRILMASINI TƏLƏB EDİR! [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:389 Ekm
229 nömrəli məktəbdə rəhbərliyin izi – Məmmədova Vüsalə Dövlət qızının fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:068 Ekm
Gəncə təhsilində rəhbərlik nümunəsi – Esmira Qaraxanovanın idarəçilik məktəbi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:148 Ekm
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:478 Ekm
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:428 Ekm
İstanbulda altımərtəbəli bina çökdü: Dağıntılar altında qalanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:368 Ekm
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:348 Ekm
Saatlıda ağır yol qəzası: 5 yaşlı uşaq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:328 Ekm
Büdcədənkənar ödənişlərin yuxarı hədlərinin tətbiqi ilə bağlı müddət dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:218 Ekm
Pensiyaların ödəniləcəyi tarixlər açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:188 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə