
Qazax şəhərində yerləşən fərdi yaşayış evində partlayış hadisəsi qeydə alınıb.
İlkin məlumata görə, partlayış nəticəsində yaşayış evinə ciddi maddi ziyan dəyib. Hadisə zamanı bir nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.







