
Türkiyənin “Bursaspor” klubuna transfer olunan keçmiş “Qarabağ” futbolçusu Toral Bayramov köhnə komandası ilə vidalaşıb.
Qarabağ FK futbolçusu sosial media hesabında paylaşım edərək klubla bağlı duyğularını ifadə edib. O, “Qarabağ”da keçirdiyi illərin onun üçün böyük təcrübə olduğunu bildirib.
Futbolçu paylaşımında qeyd edib:
“Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım. Mənə güvənən hər kəsə – rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. ‘Qarabağ’ mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi.
Doğma ‘Qarabağ’ı çempion kimi tərk etmək istəyərdim. Olmadı… Əvəzində Çempionlar Liqasında tarix yazıldı!
Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm.
Hər son yeni başlanğıcdır. Görüşənədək, uğurlar ‘Qarabağ’.”
Futbolçunun yeni klubu Bursaspor ilə karyerasını davam etdirəcəyi gözlənilir.
Klub rəhbərliyi və azarkeşlər də onun gedişini anlayışla qarşıladı.










