
Qanuntv.az xəbər verir ki, ABŞ-İran müharibəsinə indiyədək xərclənən məbləğin 50 milyard dollar olduğu açıqlanıb. Bu barədə məsələ ilə tanış olan mənbə Reuters agentliyinə məlumat verib.
Mənbənin sözlərinə görə, bu rəqəm senatorlar üçün keçirilən qapalı brifinq zamanı təqdim olunub. Bildirilir ki, bu məbləğ müharibənin ümumi xərclərini əhatə etmir və qanunvericilərə yalnız ilkin maliyyə göstəricisi kimi təqdim olunub.





