
Antonio Costa bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir.
Qanuntv.az-ın məlumatına görə, Aİ Şurasının prezidenti bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımını Şirvanşahlar Sarayı kompleksinin fotosu ilə müşayiət edib.
Antonio Koşta paylaşımında Bakıya səfəri çərçivəsində İlham Əliyev ilə görüşəcəyini də qeyd edib.
“Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.





