
Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinə yeni rəis və rəis müavini təyin olunub.
Bununla bağlı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş idarənin rəisi vəzifəsinə Müzəffər Mikayılov, rəis müavini vəzifəsinə isə Elşən Əmrahov təyin edilib.
Qeyd edək ki, təyinat DVX-in aksizli və markalanmalı malların dövriyyəsinə nəzarət sahəsində fəaliyyətinin daha səmərəli təşkili məqsədi daşıyır.





