
İlham Əliyev Müctəba Xameneini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib.
Təbrik mesajında dövlət başçısı Müctəba Xameneiyə fəaliyyətində uğurlar arzulayıb və iki ölkə arasında münasibətlərin inkişafının önəmini vurğulayıb. Bildirilib ki, Azərbaycan ilə İran arasında dostluq və qonşuluq münasibətlərinin möhkəmlənməsi regionda sabitlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün birgə səylərin davam etdirilməsi vacibdir.





