
Cəlilabad rayonunda 14 yaşlı yeniyetmənin meyiti aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, tapılan meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna məxsusdur. İlkin məlumata görə, yeniyetmənin ürək nahiyəsində xəsarət izi aşkarlanıb.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik dəqiqləşdirilməyib. Onun qətl nəticəsində və ya bədbəxt hadisə səbəbindən həyatını itirdiyi istintaq araşdırmalarından sonra məlum olacaq.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.





