
Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə artan gərginlik fonunda ölkənin hava və raketdən müdafiə imkanlarının gücləndirildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, bu tədbirlər çərçivəsində Malatya şəhərinə NATO-nun Patriot raket müdafiə sistemi yerləşdirilib. Bildirilib ki, sistem hazırda Türkiyənin hava məkanının qorunmasına dəstək vermək məqsədilə əməliyyat hazırlığı vəziyyətinə gətirilir.
Ankara həmçinin qeyd edib ki, Türkiyə NATO və müttəfiq ölkələrlə sıx koordinasiya şəraitində fəaliyyət göstərir və bölgədə sabitliyin təmin olunması istiqamətində vəziyyəti yaxından izləməyə davam edir.





