
İraq təhlükəsizlik səbəbilə ölkənin əsas neft terminallarında əməliyyatları müvəqqəti dayandırıb.
Qanuntv.az xəbər verir ki, məlumatlara görə, Bəsrə sahilləri yaxınlığında neft tankerləri hədəfə alınıb. Bildirilir ki, hücumların İran ilə əlaqələndirildiyi iddia olunur.
Hadisədən sonra İraq hakimiyyəti vəziyyəti nəzarətə götürmək və mümkün riskləri qiymətləndirmək məqsədilə neft yükləmə prosesini və liman terminallarında fəaliyyətləri müvəqqəti olaraq dayandırıb.
Rəsmi qurumlar təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildiriblər.
Qeyd edək ki, Bəsrə regionu İraqın əsas neft ixrac mərkəzlərindən biri hesab olunur və burada baş verən hər hansı fasilə qlobal enerji bazarına təsir göstərə bilər.





