
Türkiyənin Denizli vilayətinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar İzmir, Manisa, Denizli, Muğla və Aydın ətrafında da hiss olunub.
Rəsmi qurumlar sakinləri sakit olmağa və təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb. Hadisə nəticəsində zərər və ya insan tələfatı barədə hələlik məlumat verilməyib.





