
Martın 10-u səhər saatlarında xam neftin qiymətində azalma müşahidə olunub. Bu, investorların mövcud geosiyasi proseslər fonunda xam neft təklifinin çoxalması ehtimallarını qiymətləndirməsi ilə izah edilir.
Qanuntv.az xəbər verir ki, hərrac göstəriciləri və analitiklərin rəyləri də bu tendensiyanı təsdiqləyir.
Bakı vaxtı ilə saat 08:59-a olan məlumatlara görə:
May füçersləri üzrə Brent nefti bir barelinin qiyməti sonuncu hərracın bağlanışı ilə müqayisədə 4.54% geriləyərək 94.47 dollara düşüb.
Aprel füçersləri üzrə WTI nefti bir barel üçün qiymət 4.69% azalaraq 90.33 dollar səviyyəsinə enib.
Analitiklər bildirir ki, neft bazarındakı bu ucuzlaşma qlobal təklifin artması və geosiyasi gərginliklərin qiymətləndirilməsi ilə birbaşa bağlıdır.





