
Bakıda keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.
Forum Azərbaycan Prezidentinin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən sabiq və hazırkı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçilər və ekspertlər bir araya gəliblər.
Forumun əsas məqsədi qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, iqtisadi inkişaf və dünyada baş verən siyasi proseslərə dair aktual məsələlərin müzakirəsidir. Tədbir çərçivəsində müxtəlif panel iclasları və müzakirələr keçiriləcək.
Qeyd edək ki, Qlobal Bakı Forumu artıq uzun illərdir ki, beynəlxalq səviyyədə mühüm dialoq platformalarından biri hesab olunur və burada qlobal gündəmdə olan əsas problemlər ətrafında fikir mübadiləsi aparılır.





