
Livan Premyer Liqasında çıxış edən Nejmeh SC klubunun baş məşqçisi Engin Fırat qəfil vəfat edib.
Qanuntv.az-ın Haber Global-a istinadən verdiyi məlumata görə, 55 yaşlı mütəxəssis dünən Livandan vətəninə qayıdarkən İstanbul Hava Limanında ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Engin Fırat məşqçilik karyerasına 2002-ci ildə Fənərbağça klubunda almaniyalı mütəxəssis Werner Lorantın köməkçisi kimi başlayıb. Daha sonra Almaniyanın LR Ahlen klubunda da Lorantla birlikdə çalışıb.
Türkiyəli mütəxəssis sonrakı illərdə Cənubi Koreyanın Incheon United və Türkiyənin Sivasspor klublarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Engin Fırat İran futbolunda da çalışaraq Saipa FC və Sepahan komandalarını çalışdırıb. O, həmçinin əfsanəvi futbolçu Ali Daeinin köməkçisi kimi İran milli komandasında fəaliyyət göstərib.
2019-cu ildə Moldova national football teamnin baş məşqçisi təyin olunan Fırat daha sonra 2021–2024-cü illərdə Kenya national football teamna 21 oyunda rəhbərlik edib. O, son olaraq 8 fevral 2026-cı ildə Livanın aparıcı klublarından sayılan Nejmeh SC ilə müqavilə imzalamışdı.
Qeyd edək ki, 2023 və 2025-ci illərdə türkiyəli mütəxəssisin adı Azərbaycan milli futbol komandası ilə də hallandırılmışdı.





