
Vladimir Putin İlham Əliyev ilə telefon danışığı aparıb.
Rusiya lideri söhbət zamanı Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilində göstərilən köməyə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib. Putin Azərbaycanın bu məsələdə göstərdiyi dəstəyin vacib və əhəmiyyətli olduğunu vurğulayıb.
Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdə mövcud gərgin vəziyyəti də müzakirə ediblər. Liderlər regionda yaranmış münaqişələrin yalnız diplomatik və siyasi yollarla həllinin vacibliyini qeyd ediblər.
Həmçinin bildirilib ki, regional sabitliyin qorunması və qarşıdurmaların genişlənməsinin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.





