Respublikaçı Alternativ (REAL) Partiyasının dövlət qeydiyyatı ləğv oluna bilər.
Bunu partiyanın sədri İlqar Məmmədov özünün feysbuk hesabında bildirib.
O qeyd edib ki, əgər yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanunun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında partiyanın dövlət qeydiyyatı ləğv ediləcək.
“Əlbəttə ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq", - deyə o bildirib.