Dövlət Gömrük Komitəsi ölkəyə şəxsi istifadə üçün gətirilən dərmanlar üçün norma müəyyən edilməsi istiqamətində iş aparır.
Bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparırıq. Yəqin ki, yaxın vaxtlarda hökumətə müvafiq qanun layihəsi təqdim ediləcək", - deyə o qeyd edib.