• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Ən böyük amnistiya aktı gözlənilir - MÜJDƏ [xfvalue_red]

6 Ekm, 22 - 08:57

Ən böyük amnistiya aktı gözlənilir - MÜJDƏ


Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşıb. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulub. Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq humanizm siyasəti daim davam etdirilib. Məhz ulu öndər Heydər Əliyevin humanizm prinsiplərinə böyük önəm verməsinin nəticəsi olaraq 1993-cü ildə ölüm hökmünün icrası üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edildi. Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb.

Ulu öndər humanizm prinsiplərinə uyğun olaraq əfvetmə və bağışlama institutunu yaradıb, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Minlərlə məhkum, o cümlədən ağır dövləti cinayətlərə görə həbs edilən şəxslər ulu öndərin humanizmindən yararlanaraq, qəbul edilmiş amnistiya aktına əsasən vaxtından əvvəl azadlığa qovuşub.
Ulu öndərin dövründə də, cənab Prezident İlham Əliyevin dövründə də dəfələrlə amnistiya və əfv sərəncamları imzalanıb ki, bu aktlar da xeyli sayda insana şamil olunub. Heydər Əliyevin siyasətində həmişə humanizm prinsipi əsas prioritet olub və bu gün də o prinsiplər davam etdirilir.

Son 19 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib və bu müddətdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm əhəmiyyətli qanunvericilik aktları qəbul edilib. Ölkə başçısının humanizm prinsiplərinə sadiqliyi, şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbulunda özünü göstərir.
Qeyd edək ki, sonuncu amnistiya aktı ötən il Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin birinci ildönümü ilə bağlı Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “8 Noyabr – Zəfər Günü" münasibətilə qəbul edilib.

Bu qərar indiyə qədər qəbul olunmuş amnistiya aktları sırasında öz əhatə dairəsinə görə ən genişidir. Həmin qərarın nəinki məhkəmədə baxılmaqda olan işlər üzrə təqsirləndirilən şəxs qismində keçən şəxslər, yaxud cəza çəkməkdə olan məhkumlar barəsində, həmçinin təhqiqat, ibtidai istintaq orqanlarının icraatlarındakı materiallar və işlər üzrə keçən şəxslər barəsində də tətbiq olunması nəzərdə tutulub.

Gələn il isə "Heydər Əliyev ili"ndə Azərbaycanda geniş amnistiya elan olunacaq. Amnistiya elə bir normativ hüquq aktıdır ki, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan azad edir, yaxud yüngülləşdirir, bu, dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbirdir. Amnistiya aktları ölkə Konstitusiyası, cinayət, cinayət-prosessual, cəzaların icrası və digər qanunvericiliyə müvafiq olaraq qəbul və tətbiq edilir.

Gələn il üçün nəzərdə tutulan Amnistiya aktı ilə minlərlə məhbusun həbsdən azad ediləcəyi, eyni zamanda xeyli məhbusun cəzasının azaldılacağı gözlənilir. Məlumatlı mənbənin bildirdiyinə görə, ümumimilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunacaq amnistiyanın Azərbaycanda ən böyük amnistiya aktı olacağı gözlənilir.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisələr olacaq:

"Çünki Prezident İlham Əliyev tərəfindən 2023-cü il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı "Heydər Əliyev ili" elan edildi. Prezident Administrasiyasına da iki ay müddətində tədbirlər planının hazırlanması tapşırılıb. Bu tədbirlər planında nələr olacağını əvvəlcədən müəyyən etmək, qəti fikir söyləmək çətindir. Doğrudur, bu tədbirlər planına istənilən qurumlar, dövlət orqanları, vətəndaş cəmiyyətləri təkliflər verə bilər. Eyni zamanda, elə təşəbbüslər ola bilər ki, onlar doğrudan da tədbirlər planına düşməyə layiqdir".

Ə.Nuriyev, gələn il ümummilli lider Heydər Əliyevin 100 illiyilə əlaqədar əfv sərəncamının olması ilə bağlı çox fikirlər səsləndiyini və bunu istisna etmədiyini vurğulayıb:

"Xüsusilə böyük günlər üçün əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Məsələn, 2018-ci ildə Cümhuriyyətin 100 illiyilə bağlı, həmçinin Zəfər günü ilə bağlı böyük bir əfv sərəncamı oldu. Yəni belə mühüm tarixlərdə əfv sərəncamının imzalanması istisna olunmur. Eyni zamanda, Azərbaycanda ümumilikdə 68 əfv sərəncamı olub ki, onun 33-ü məhz ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb. 1995-ci ildə Konstitusiyaya əfv hüququnun salınması da məhz onun təşəbbüsü ilə olub. Humanizm və mərhəmət ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsas prinsiplərindən olub. Ona görə də biz amnistiya aktının olacağını istisna etmirik. Azərbaycan xalqı, dövlətçiliyi üçün nəhəng miqyaslı işlər görmüş bir şəxsin 100-cü ildönümü təbii ki, böyük hadisələrlə zəngin olacaq".
Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə hesab edir ki, Əfv Sərəncamı və ya Amnistiyanın olması Azərbaycan üçün çox vacibdir. Biz də çox istəyirik ki, "Heydər Əliyev ili"ndə parlament amnistiya məsələsini qaldırsın. Həm dövlətçilik, həm də insan hüquq və azadlıqlarının müdafiəsi baxımından bu çox vacib olardı: “Biz bu təşəbbüsləri müsbət qarşılayırıq. Amnistiya aktı qəbul olunacağı təqdirdə, xeyli adam azadlığa buraxılacaq, ailəsinə qovuşacaq".

Hüquq müdafiəçisi bildirib ki, İşçi Qrup məhbusların azadlığa çıxması üçün fəallıq göstərir:

"Çalışırıq ki, insanların azadlığa buraxılmaları asanlaşsın. Yəni təklif etmişdik ki, həbs müddətinin bitməyinə 3-4 və ya 1 il qalan məhbuslar azadlığa buraxılsınlar, cəzaları yüngülləşdirilsin. Məsələn, digər təklif də ondan ibarət idi ki, 5-6 il həbs cəzası alanların da cəzası yüngülləşdirilsin. İşçi Qrupu həmişə belə təkliflərlə çıxış edir".

Hüquq müdafiəçisinin sözlərinə görə, adətən amnistiya aktında böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad edilirlər. Həmçinin də bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad edilirlər.

Bilirsiniz ki, bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir.

Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik”.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
2023-cü il “Heydər Əliyev İli” elan edildi - SƏRƏNCAM
backend
Daha 95 erməni hərbçinin meyiti təhvil verildi - Rəsmi
backend
İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət etdi
backend
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
backend
Prezident jurnalistləri təbrik etdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 297

XƏBƏR LENTİ

Məsim Kazım oğlu Abadov – elmə, təhsilə və idarəçiliyə dəyərli töhfələr verən ziyalı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2312 Ekm
İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3212 Ekm
Masazır-Novxanı yolunda qəza: ölən şəxslərin kimliyi məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2812 Ekm
Gəncədə 36 yaşlı oğlunu qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2412 Ekm
Sumqayıtda dəm qazından boğulan şəxsin şəhid qardaşı olduğu məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1912 Ekm
Məhəmmədəli İstamov Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1712 Ekm
Cəmilə Muradlı Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1412 Ekm
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1212 Ekm
Türkiyədə ağır yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1112 Ekm
Azərbaycan Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0812 Ekm
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiya səddini keçə bilmədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0312 Ekm
Göygöl rayon bələdiyyəsində məsuliyyətli idarəçilik və yerli inkişaf prinsipləri [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1312 Ekm
Göyçayda təhsilin inkişafına töhfə verən məktəb rəhbəri – İlqar Rüstəmov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2511 Ekm
Vaqif müəllimin fəaliyyət yolu: dövlətə və dövlətçiliyə xidmət, ictimai məsuliyyət və milli dəyərlərə sədaqət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1711 Ekm
Tramp Atlantik və ya Sakit okeanın adını dəyişməyi düşündüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0311 Ekm
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5811 Ekm
Azərbaycan millisi Avstriyanı 4:0 hesabı ilə məğlub edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3911 Ekm
Polşada 25 yaşlı azərbaycanlı vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3711 Ekm
Gəncəyə dördüncü raket hücumundan altı il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3611 Ekm
Şahbaz Şərif İlham Əliyevdən dəstək istədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1011 Ekm
Polkovnik Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0711 Ekm
Azərbaycanda LGBT təbliğatına məhdudiyyətlərin tətbiqi müzakirə olunur? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0511 Ekm
Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5911 Ekm
Masazırda yanğın: 4 avtomobilə ziyan dəydi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5111 Ekm
Nailə Sadıqova: təhsildə məsuliyyət, idarəçilik və valideyn məmnuniyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2210 Ekm
Cəlilabad rayonunda təhsilə məsuliyyətli yanaşma: Xalidə Hüseynovanın rəhbərliyi valideynlərin razılığı ilə diqqət çəkir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1510 Ekm
Gülarə Ağayevanın rəhbərlik etdiyi uşaq bağçası: gələcəyin təməli uşaqlıqdan qoyulur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0610 Ekm
İmişli rayonunun Çahar kənd məktəbi: peşəkar idarəçilik, pedaqoji məsuliyyət və təhsilin inkişafına xidmət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4810 Ekm
“Smart Education” bağçalar şəbəkəsi: müasir məktəbəqədər təhsilin keyfiyyətinə və uşaqların hərtərəfli inkişafına yönələn idarəçilik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4210 Ekm
Tovuzda ildırım səbəbindən evdə yanğın baş verdi – Ev sahibi zəhərləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0410 Ekm
TƏBİB-də yeni təyinat olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0110 Ekm
Bakıda 10 küçə və prospektdə nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5810 Ekm
Mingəçevirdə tanınmış həkim-qastroenteroloq vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5110 Ekm
Abşeronda yaşayış kompleksində baş verən yanğın söndürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4810 Ekm
Ər-Riyad hava limanına raket hücumu: Səudiyyə Ərəbistanının pilotu həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3610 Ekm
İlham Əliyev: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2310 Ekm
Türkmənistanda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0310 Ekm
2026-cı il Nobel Sülh Mükafatının qalibi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0110 Ekm
İlham Əliyev “Avaza” Kompleksində Azərbaycan milli stendi ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5910 Ekm
Zaminə Mehtiyeva – təhsilin keyfiyyətinə, idarəetmə mədəniyyətinə və məsuliyyətli rəhbərlik prinsipinə önəm verən direktor [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:069 Ekm
İsmayıl Əvəzov – dövlətə xidmətin, idarəçilik mədəniyyətinin və peşəkar məsuliyyətin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:239 Ekm
Ermənistanda hərbi xidmətə çağırış yaşı 32-yə qaldırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:009 Ekm
Romario Ronaldunun səhvini açıqladı: “Daha əvvəl ona belə deməli idi” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:599 Ekm
ABŞ-də Nikolas Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar irəli sürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:529 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə