• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezident jurnalistləri təbrik etdi [xfvalue_red]

22 Tem, 22 - 11:01

Prezident jurnalistləri təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq media forumunda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Təbrik məktubunda deyilir:

"Hörmətli media nümayəndələri!

Əziz jurnalistlər!

Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.

Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.

XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram".

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Şuşada beynəlxalq media forumu keçiriləcək
backend
Azərbaycanda Milli Mətbuat Günüdür
backend
Azərbaycan-Türkiyə birliyi bütün sınaqlardan şərəflə çıxıb - Prezident (YENİLƏNİB)
backend
Sakinlərin Ağalı kəndinə köçürülməsinə BAŞLANILIR
backend
İlham Əliyev Ərdoğana zəng edib
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:272 901

XƏBƏR LENTİ

İlham Əliyev Çin Xalq Respublikası Baş nazirinin müavinini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3918 May
Əli Əsədov WUF13 çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3018 May
Bakı–Tbilisi əlaqələri müzakirə olunub: İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2318 May
Prezident İlham Əliyev: “Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1618 May
Prezident İlham Əliyev: “Qonaqlarımız Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə yaxından tanış olacaqlar” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0718 May
Qubanın memarlıq simasının formalaşmasında Murad Qədirlinin uğurlu fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4818 May
Bakıda WUF13-ün rəsmi açılış mərasimi keçirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2318 May
Gürcüstanın Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1918 May
Çətinliklərə baxmayaraq 252 bal toplayan 9-cu sinif şagirdi – Nəcibə Əlizadənin uğur hekayəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5718 May
ABŞ hərbi bazasında aviaşou zamanı iki “EA-18G” təyyarəsi havada toqquşdu – ekipaj katapult etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4318 May
“Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın böyük dostudur”. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3218 May
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3817 May
Prezident İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3417 May
İlham Əliyev Dəryageldi Orazovu qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1717 May
Zimbabve vitse-prezidenti WUF13-də iştirak etmək üçün Azərbaycana gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1117 May
İlham Əliyev Keniya Prezidenti Uillyam Ruto ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0217 May
İlham Əliyev Esvatini Kralı III Msvati ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5417 May
İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4517 May
Keniya Prezidenti Uillyam Samoei Ruto Azərbaycana səfər edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3317 May
32 ildən sonra şəhidimizin nəşi tapıldı – Rəşadət Piriyev doğma kəndində dəfn olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1717 May
Qurban Qurbanovdan heyətlə bağlı açıqlama: “Gedəcək futbolçular var” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0917 May
Azərbaycan gimnastları “AGF Trophy”ni 16 medalla başa vurublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:3816 May
Xocalıya qayıdanlar arasında 10 övladlı ailə də var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5616 May
“Qarabağ” İsveç klubunun futbolçusu Zakaria Savonu transfer edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1016 May
Sumqayıtda ağır yol qəzası: piyada həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0716 May
Yağış və şimşək gözlənilir – hava dəyişir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0316 May
Prezident İlham Əliyev UN-Habitat rəhbərini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4116 May
“EFES-2026” təlimində növbəti tapşırıqlar uğurla yerinə yetirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5016 May
Keçmiş icra başçısı Zülfüqar Kazımov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4116 May
Hantavirus təhlükəsi artır: otaq temperaturunda iki həftəyədək aktiv qala bilər – Mütəxəssis xəbərdarlığı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1316 May
Kürüləmə dövründə balıq ovuna qadağa: 48 nəfər məsuliyyətə cəlb olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0016 May
İlham Əliyev Türküstanda TDT Zirvəsində iştirak etdi – Türk dünyasında yeni əməkdaşlıq mərhələsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0115 May
Xaçmazın memarlıq inkişafında peşəkar idarəçilik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5015 May
Türküstanda günə damğa vuran kadrlar. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2315 May
TDT liderləri Türküstanda mədəni məkanlarla tanış olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1415 May
Türküstanda TDT liderləri çay süfrəsində qeyri-rəsmi görüş keçiriblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0715 May
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5615 May
FIFA-nın “Qarabağ”a transfer qadağası ləğv olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5215 May
Ağcabədidə ağır yol qəzası: 14 yaşlı oğlan həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4515 May
ABŞ-də tibbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2815 May
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1815 May
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi xidmətə qəbul elan etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1215 May
İLHAM ƏLİYEV YENİ DÖVLƏT AGENTLİYİ YARATDI – TULLANTILARLA BAĞLI CİDDİ DƏYİŞİKLİKLƏR GÖZLƏNİLİR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5415 May
Təhsilə dəyər qatan nümunəvi rəhbər – Lalə Bədəlova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0315 May
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə