
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə bu gün saat 08:05 radələrində şəhərin F.Həşimov küçəsində qeydə alınıb.
Məlumata görə, “KIA Forte” markalı, 77-FY-228 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Fikrət Fikrət oğlu Yunis yolu keçmək istəyən piyadanı vurub.
Piyada, 1961-ci il təvəllüdlü Xəqani Müzəffər oğlu Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.





