
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Azərbaycan ilə Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.
Tərəflər iqtisadiyyat, ticarət, enerji və humanitar sahələrdə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşün iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğu qeyd edilib.






