
Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü çərçivəsində liderlərin səmimi və yaddaqalan görüntüləri diqqət çəkib. Görüş zamanı dövlət başçıları şəhərin tarixi və mədəni məkanları ilə tanış olub, birgə gəzintilər ediblər.
Prezident İlham Əliyevin də iştirak etdiyi səfərdə Türk dünyasının birliyini əks etdirən kadrlar sosial şəbəkələrdə geniş yayılıb və “günə damğa vuran anlar” kimi dəyərləndirilib. Liderlərin qeyri-rəsmi söhbətləri, birgə fotolar Zirvə görüşünün əsas diqqət çəkən məqamları sırasında olub.
Türküstan səfəri bir daha Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkələr arasında əməkdaşlığın və qarşılıqlı yaxınlığın gücləndiyini nümayiş etdirib.







