
Mayın 18-də Bakı şəhərində BMT-nin Ümumdünya Şəhərsalma Forumu 13-cü Sessiyasınun rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Dövlət başçısı və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax forumda iştirak edən dövlət və hökumət başçılarını, eləcə də nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
Qarşılanma mərasimindən sonra iştirakçıların birgə fotosu çəkdirilib.
Tədbir çərçivəsində UN-Habitat tərəfindən hazırlanmış və WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib, həmçinin mədəni proqram təqdim olunub.
Daha sonra Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.
Forum iştirakçılarına həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun videomüraciətləri təqdim olunub.
Tədbirdə BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti Nqa Kor Minq və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər.
Qeyd edək ki, WUF13 dünyanın müxtəlif ölkələrindən on minlərlə iştirakçını bir araya gətirərək şəhərsalma, davamlı inkişaf, urbanizasiya və iqlim çağırışları ilə bağlı qlobal müzakirə platforması rolunu oynayır.





