
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Keniya arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın müxtəlif sahələrdə daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.







