
Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Prezident Rutonun WUF13 tədbirində iştirak etməsi və müxtəlif yüksəksəviyyəli görüşlər keçirməsi gözlənilir.





