
Zimbabve Respublikasının vitse-prezidenti Constantino Chiwenga Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (13th World Urban Forum (WUF13)) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.
Qonaq Heydər Əliyev Beynəlxalq Aeroportunda mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.
Səfər çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.





