
Aprelin 30-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı ictimai məlumatlandırma məqsədilə WUF13 Festivalına start verilib.
Qanuntv.az xəbər verir ki, festivalın açılış mərhələsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı-nda WUF13: Məlumatlandırma sessiyası ilə başlayıb.
Günün ikinci yarısında isə tədbirlər Quba Nizami parkı-da davam etdiriləcək. Saat 18:00-dan 21:00-dək ictimai proqramın təqdim olunması planlaşdırılır.
Festivalın əsas məqsədi şəhərsalma sahəsində qlobal müzakirələr barədə ictimaiyyətin məlumatlandırılması və WUF13-ə hazırlıq prosesinə geniş marağın yaradılmasıdır.









