
FIFA tərəfindən Qarabağ FK-a tətbiq edilən transfer qadağası aradan qaldırılıb.
Məlumata görə, ali futbol qurumu əvvəlcə klubun növbəti 3 transfer pəncərəsində oyunçu almasına məhdudiyyət qoymuşdu. Lakin sonradan qərar dəyişdirilib və qadağa ləğv olunub.
Bildirilib ki, klubun futbolçulardan biri üzrə transfer ödənişində gecikmə səbəbindən FIFA-nın sistemində “qırmızı siyahı”ya düşməsi avtomatik baş verib.
Öhdəliklər tam yerinə yetirildikdən sonra məhdudiyyət avtomatik şəkildə götürülüb.
Eyni vəziyyətin bir müddət əvvəl Neftçi PFK ilə də yaşandığı qeyd olunur.
Qərarın ləğvi ilə “Qarabağ”ın yay transfer dönəmində heyətini istənilən futbolçu ilə gücləndirmək imkanı bərpa olunub.





