
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Dəryageldi Orazovu qəbul edib.
Görüş zamanı Türkmənistanın Arkadag şəhərinin inkişafı, şəhərsalma və tikinti sahəsində əməkdaşlıq imkanları, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Tərəflər iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.





