
ABŞ-nin Nyu-Meksiko ştatında yüngülmühərrikli tibbi təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.
Ruidoso şəhəri yaxınlığında baş verən hadisə barədə məlumatı yerli qurumlara istinadən Associated Press yayıb.
Rəsmilərin bildirdiyinə görə, təyyarə yerə çırpıldıqdan sonra göyərtədə olan şəxslərin heç biri sağ qalmayıb.
Linkoln dairəsinin rəhbəri Ceyson Berns qəzanın səbəblərinin hələlik müəyyən edilmədiyini açıqlayıb.
Qəza sonrası ərazidə güclü yanğın baş verib və alov təxminən iki hektar sahəni əhatə edib. Hadisə yerində hazırda xilasetmə və istintaq qrupları fəaliyyət göstərir.
Qanuntv.az





