
Mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Qanuntv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi ərazilərində yağışın intensivləşəcəyi, həmçinin şimşək çaxacağı ehtimal olunur.
Məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək.
Havanın temperaturu gecə 14–16° isti, gündüz isə 17–21° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət isə 75–80 faiz təşkil edəcək.





