
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Müsabiqədə ali, orta ixtisas və ya tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, yaşı 26-dək olan kişi cinsli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Namizədlər üçün əsas tələblər aşağıdakılardır:
▪️ Boyu 185 sm və daha hündür olmalı
▪️ İdman cüssəli olmalı
▪️ Özü və yaxın qohumları əvvəllər məhkum olunmamalı
▪️ Bakı və Sumqayıt şəhərlərində, həmçinin Ucar, Göyçay, Goranboy, Yevlax, Bərdə, Ağdaş, Siyəzən, Şabran və Xaçmaz rayonlarında qeydiyyatda yaşamalı
▪️ “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verməli
Bildirilib ki, xidmətin spesifikliyi, fiziki və psixoloji gərginliyi, eləcə də növbəli iş rejimi nəzərə alınaraq namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi yoxlanılacaq.
Ali təhsilli, xarici dil bilən və kompüter avadanlıqları ilə işləmə bacarığı olan şəxslərə üstünlük veriləcək.
Fiziki hazırlıq üzrə minimal normativlər:
▫️ 100 metr məsafəyə qaçış — 14 saniyə
▫️ 1000 metr məsafəyə qaçış — 4 dəqiqə
▫️ Turnikdə dartınma — minimum 12 dəfə
Müsabiqədə iştirak etmək istəyən şəxslər elektron ərizə formasını dolduraraq kadr@somda.gov.az elektron ünvanına göndərməlidirlər.
Əlavə məlumat üçün əlaqə nömrələri:
☎️ (+99412) 435-45-39
☎️ (+99412) 435-45-46
Qanuntv.az





