
İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumu 13-cü Sessiyasında iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.
Ali qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Bakı şəhərində keçirilən WUF13 çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin iştirakı ilə şəhərsalma, davamlı inkişaf və urbanizasiya məsələləri müzakirə olunur.





