
Bunu Aleksandar Vuçiç “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
Serbiya Prezidenti azərbaycanlı həmkarı ilə görüş barədə də qısa məlumat verib. O qeyd edib ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
“İnanıram ki, tezliklə yeni əməkdaşlıq sahələri açacağıq”, – deyə Vuçiç paylaşımında vurğulayıb.





