
Fevralın 15-də Serbiya Respublikasının paytaxtı Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
Görüş zamanı Azərbaycan–Serbiya münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçıları iki ölkə arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Prezidentlər regional və beynəlxalq gündəlikdə duran məsələlərə də toxunaraq qarşılıqlı maraq doğuran mövzular barədə danışıb, strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, səfər çərçivəsində Belqradda Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi də nəzərdə tutulur.





