
Serbiyanın paytaxtı Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iclas çərçivəsində Azərbaycan və Serbiya arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən siyasi dialoqun inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat sahəsində birgə layihələr müzakirə olunub.
Görüşün iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.








