
İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Azərbaycanda şəhərsalma sahəsində inkişafın sürətlə davam etdiyini bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkədə şəhərsalma istiqamətində həyata keçirilən layihələr müasir yanaşmalar əsasında inkişaf etdirilir və bu proses ardıcıl şəkildə davam edir.
Prezident vurğulayıb ki, forum çərçivəsində BMT ekspertlərinin dəstəyi və çoxsaylı beynəlxalq qonaqların iştirakı qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır:
“Bu cür mühüm tədbirlər bizə bir-birimizdən öyrənmək, müsbət təcrübəni bölüşmək və həmçinin yol verilən səhvləri müzakirə etmək imkanı verir”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, tədbir WUF13 – Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası çərçivəsində keçirilir və qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformalarından biridir.





