
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində qonaqların ölkəmizi daha yaxından tanıyacağı və şəhərsalma sahəsində həyata keçirilən layihələrlə tanış olacağı bildirilib.
İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Bakıda keçirilən bu günlər ərzində bir çox qonaqlar, ilk dəfə səfər edən iştirakçılar Azərbaycanın inkişafını daha yaxından görmək imkanı əldə edəcəklər.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi təkcə coğrafi üstünlük deyil, bu amil ölkənin memarlıq və şəhərsalma üslubunda da öz əksini tapır.
Qeyd edək ki, tədbir WUF13 – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilir və Bakı bu günlərdə qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilib.
Forumun məqsədi dayanıqlı şəhər inkişafı, innovativ urbanistik həllər və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.





