• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib [xfvalue_red]

3 Şub, 25 - 11:06

DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atıb, nəticədə xüsusi təyinatlılardan biri yaralanıb, Əlipaşa Kamilov isə zərərsizləşdirilib.

Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar.

Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.

Həmçinin görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilib və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdiriliblər.

Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilib. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət alıb.

Habelə, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
DTX-dən əməliyyat: Təxribat planlaşdıran ekstremist qruplaşma ifşa edildi
backend
DİN əməkdaşlarına qarşı terror aktı törədilib - DTX cinayət işi başlatdı
backend
Ermənistan xüsusi xidmət orqanlarına işləyən şəxslər ifşa edildi - VİDEO
backend
DTX Yunis Səfərovun silahdaşını Azərbaycana ekstradisiya etdi
backend
“Gəncə işi” hakimlərinə qarşı terror çağırışı edən şəxs həbs edildi - Foto
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 315

XƏBƏR LENTİ

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3311 Kas
Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3111 Kas
Gəncədə iki avtomobil toqquşub: 6 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2011 Kas
Azərbaycan və Türkiyə Avropaya yaşıl enerji ixracını genişləndirməyi hədəfləyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1811 Kas
FIFPRO ilin rəmzi komandasını açıqladı: Harri Keyn və Kriştianu Ronaldo heyətdən kənarda qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1011 Kas
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2411 Kas
Saatlıda hərbi xidmətdən yayınan şəxs həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1511 Kas
Cəbrayılda Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim və Tinglik Mərkəzi fəaliyyətə başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1411 Kas
“Lion” klubunun yeni baş məşqçisi bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1111 Kas
Bakıda dəm qazından ölən 30 yaşlı Quba sakininin [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3811 Kas
Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev Moskvada vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3011 Kas
Naxçıvanda hərbi xidmət keçən gənc əsgər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0910 Kas
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0510 Kas
Zamin duranlar və nisyə mal satanlar üçün yeni tələblər qüvvəyə minib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0010 Kas
Sabirabadda məktəblini avtomobil vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5510 Kas
Azərbaycanda 17 yaşlı gənc qız qəfil vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4910 Kas
Üçtərəfli Bəyanatın imzalanmasından 6 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3610 Kas
AVMVİB sədri Füzuli Rzaquliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2310 Kas
Bakıda güclü külək 16 ağacı aşırıb, 32 ağacın budaqları qırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1510 Kas
Joze Mourinyo İspaniya çempionatında ayın ən yaxşı məşqçisi seçilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0810 Kas
Bakı və Abşeronun su təminatını yaxşılaşdıracaq böyük layihə: Xəzər suyundan içməli su istehsal ediləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0710 Kas
Polkovnik Rəşad Aslanov Şuşanın azadlığı ilə bağlı unudulmaz xatirələrini bölüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:559 Kas
40 yaşlı bank əməkdaşı futbol oynayarkən vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:529 Kas
9 noyabr – Azərbaycanda Dövlət Bayrağı Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:489 Kas
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:299 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:269 Kas
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:209 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Vətən Müharibəsi qəhrəmanları ilə görüşüblər – Xatirə fotosu çəkdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:079 Kas
Müdafiə naziri Zakir Həsənov koronavirusa yoluxub – Prezident İlham Əliyev məlumat verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:019 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:529 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə birgə foto çəkdiriblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:499 Kas
Günün fotosu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:368 Kas
Azərbaycan və Türkiyə liderlərindən Şuşada ailə fotosu – Qardaşlıq və dostluğun səmimi görüntüləri [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:348 Kas
Rəcəb Tayyib Ərdoğandan Azərbaycana Zəfər Günü təbriki: “Qəhrəmanlarımızı dərin ehtiramla anıram” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:308 Kas
Şuşada Azərbaycan-Türkiyə qardaşlığının növbəti tarixi səhifəsi: İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşdülər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:248 Kas
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:178 Kas
Putin İran rəsmisini Moskvaya gətirmək üçün şəxsi təyyarəsini Tehrana göndərib – İDDİA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:108 Kas
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:088 Kas
İspaniyanın Sevilya şəhərində Zəfər Günü Azərbaycan bayrağının rəngləri ilə qeyd olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:038 Kas
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:278 Kas
Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:238 Kas
44GUNSAVASH.az Saytının Kollektivi Adından [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:057 Kas
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:027 Kas
Qarabağ Universitetinin Klinikasında Təcili tibbi yardım şöbəsi istifadəyə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:227 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə