
Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Cəmil Əliyev "İstiqlal" ordeni ilə təltif olunur.





