"Azərbaycanın bəzi regionlarında soyuqların daha tez düşməsi nəticəsində məktəblərdə soyuq olmasını, uşaqların xəstələnməsi və bu xəstəliyin daha sonra uşaqlar arasında yayılmasını nəzərə alaraq məktəblərdə qış rejiminə keçid 15 noyabrda deyil, havanın temperaturuna uyğun tənzimlənməsinə ehtiyac var".
Bunu Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman Ombudsman Səbinə Əliyeva deyib.
O bildirib ki, orta məktəblərdə qış rejiminə keçidin havanın temperaturuna uyğun tənzimlənməsi və qış rejimində məktəblərin isidilməsinə əlavə vəsaitlərin dövlət büdcəsi hesabına ödənilməsinə ehtiyac var.
S.Əliyeva həmçinin, orta məktəblərdə əlavə dərs vəsaitlərinin təmin edilməsi və peşəkar psixoloqların artırılmasına dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
Ombudsman əlavə edib ki, yeni tələbə yataqxanalarının tikilməsi işi davam etdirilməlidir.