
Sabunçu və Suraxanı rayonunda bir neçə küçənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb
Sabunçu rayonu, Zabrat qəsəbəsində və Suraxanı rayonu, Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar 03.07.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi , 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.