"Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi zamanı xaricdəki rus kəşfiyyat şəbəkəsinə müasir tarixdə ən güclü zərbə vuruldu".
Qanuntv.az BBC-yə istinadən xəbər verir ki, bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyatının rəhbəri Ken Makkallum deyib
Böyük Britaniyanın üzləşdiyi təhdidlərə dair illik hesabatında əks-kəşfiyyat rəhbəri bütün dünyada Rusiya səfirliyinin 600-dən çox əməkdaşının ölkədən çıxarıldığını, onlardan 400-dən çoxunun casus olma ehtimalının olduğunu bildirib.
"Bu, Avropanın yaxın tarixində Rusiya kəşfiyyatına ən güclü strateji zərbə oldu", - Makkallum qeyd edib.
Mİ-5 rəhbəri bildirib ki, diplomatik pərdə altında işləyən 23 rusiyalı kəşfiyyatçı təkcə Böyük Britaniyadan qovulub.