ABŞ Prezidenti Co Bayden fevralda Avropaya səfər etməyi düşünür.
Bu barədə “NBC”nin jurnalisti Coş Lederman öz tviter hesabında məlumat verib.
Baydenin Avropaya səfəri Rusiya-Ukrayna müharibəsinin başlamasının ildönümünə təsadüf edə bilər. Eyni zamanda, Amerika liderinin hansı Avropa ölkələrinə səfər etməyi planlaşdırdığı və Ukraynaya səfər edib-etməyəcəyi məlum deyil.