Ermənistan Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi hərbçisini tapıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, martın 21-də avtomobillə hərbi istehkamlara ərzaq apararkən itkin düşən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi M.Q. martın 22-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.
Əsgərin həyatı üçün təhlükənin olmadığı vurğulanır.
Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüblər. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatı təkzib etmişdi.
Mənbə: NEWS.am