• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

“Ona dəli demək olmaz, bilirsiniz necə yaxşı uşaqdır” - Direktordan qəribə açıqlama [xfvalue_red]

6 Nis, 23 - 11:28

“Ona dəli demək olmaz, bilirsiniz necə yaxşı uşaqdır” - Direktordan qəribə açıqlama


Bir neçə gündür ki, 1 saylı Psixiatriya Xəstəxanasında saxlanılan Bakının Xətai rayonundakı 3 saylı Uşaq Evinin 17 yaşlı sakinlərindən biri M.H. çərşənbə günü xəstəxanadan buraxılıb, bu barədə Səhiyyə Nazirliyindən BBC-yə məlumat verilib.

17 yaşlı yeniyetmə sosial mediada yayılmış bir videoda yaşadığı Uşaq Evində “ərzaq yeyintisi ilə” bağlı tənqidi fikirlər səsləndirmişdi. Video yayıldıqdan bir qədər sonra yeniyetmənin psixiatriya xəstəxanasına yerləşdirilməsi xəbəri yayılıb.

Lakin onun yerləşdirildiyi xəstəxananın Baş həkimi yeniyetmənin psixi pozğunluğunun olmadığını, buna görə də onu müəssisədə saxlamağın uyğun olmadığını bildirib. Bu açıqlamadan bir gün sonra, çərşənbə günü Baş həkim Ağahəsən Rəsulov işdən azad olunub.

Bakının Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evinin sakinlərindən olan 17 yaşlı yeniyetmə bir neçə gün əvvəl yaşadığı uşaq evindən qaçıb.

Sosial mediada yayılmış videoda yeniyetmə Uşaq Evində yeyinti olduğunu deyir: “Ətin sümüyünü bişirir, özünü aparırlar, meyvələri, südü, ərzağı aparırlar, mənimsəmə var”.

Uşaq Evinin direktoru BBC-yə açıqlamasında həmin video-müsahibənin “uşağın qaçmasından sonra” yayıldığını deyib və əlavə edib ki, sonuncu dəfə polis onu tapıb uşaq evinə təhvil vermək istəyəndə o yenə qaçıb.

“Deyirlər ki, mən onu yatızdırıram xəstəxanada, mənim imzam da var orda, lakin qardaşının özünün də imzası var orda. Qardaşının özü Komitəyə (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-red.) müraciət edib ki, (M.H.-nin) əsəbləri yerində deyil, qoy bir müddət müalicə alsın”, - Məhbubə Hüseynova deyir.

“Onda davranış pozuntusu var. Üstəlik, danlanmağı da sevmir. Biz ona etdiyi hərəkətlərin səhv olduğunu deyəndə, onun xoşuna gəlmir. Balacalara pis örnək olur. Biz də polisə müraciət etdik, polis gəldi, apardı yerləşdirdi psixiatriyaya”, - Uşaq Evinin direktoru Məhbubə Hüseynova iddia edib.

Daxili İşlər Nazirliyi isə polisin belə bir tədbir görməsindən xəbərsizdir. DİN sözçüsü Elşad Hacıyev BBC-yə deyib ki, yeniyetməni Psixiatriya Xəstəxanasına polisin yerləşdirməsi ilə bağlı qurumda məlumat yoxdur.

“Sığınacaqdan qaçdığı üçün polis onu aşkarlayıb, xəstəxanaya yox, 3 saylı Uşaq Evinə təhvil verib”, - Daxili İşlər Nazirliyindən BBC-yə bildiriblər.

Məhbubə Hüseynovanın iddiasına görə, yeniyetmə indiyədək “3 dəfə xəstəxanada müalicə alıb”: “Lakin buna səbəb onun “davranış, emosiya pozuntusuna görədir, mütəmadi gedib 4-5 gün yatıb, qayıdır. Ona dəli demək olmaz, əsəbləri sakit olanda bilirsiniz necə yaxşı uşaqdır”. .

Lakin həm xəstəxananın işdən çıxarılmış Baş həkiminin, həm də Uşaq Evinin direktorunun M.H.-nin psixi probleminin olmadığını deməsinə rəğmən, Səhiyyə Nazirliyinin məlumatına görə, yeniyetmə “Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib”.

“Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o, evə - ambulator müalicəyə, qardaşının himayəsinə veriləcək”, - Səhiyyə Nazirliyinin çərşənbə axşamı - yenyetmənin xəstəxanadan çıxarılmadan öncə verdiyi açıqlamasında deyilir.

Həmin xəstəxananın Baş həkiminin işdən çıxarılmasına gəldikdə isə, Nazirlik deyir ki, o Uşaq Evində yeyinti olmasına dair ittihamlar səsləndirən M.H.-nin psixi pozğunluğunun olmamasına dair açıqlamasına görə yox, “yaşa görə işdən azad olunub”.

Lakin qurumdan onun neçə yaşının olmasını açıqlamayıblar və Baş həkimin işdən çıxarılmasının açıqlaması ilə eyi vaxta təsadüf etməsi barədə şərh verməyiblər. Yerli media Ağahəsən Rəsulovun 68 yaşının olduğunu yazır.

Yerli mediaya verdiyi açıqlamasında Ağahəsən Rəsulov “uşaq haqqında nə demişəmsə, düz demişəm. Burada nə var ki?! Onun haqqında dediklərimi yenə də təkrarlaya bilərəm” deyib.

Xətaidəki 3 saylı Uşaq Evinin adı ötən il də mediada yeyinti iddiaları ilə bağlı gündəmə gəlmişdi. Yerli medianın xəbərlərində iddia olunub ki, müəssisəyə gətirilən qurbanlıq ət və heyvanlar rəhbərlik tərəfindən "direktor Məhbubə Hüseynovanın tapşırığı ilə satdırılıb", eyni zamanda, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu Uşaq Evində aparılmış araşdırmaların nəticəsində bəzi nöqsanlar aşkarladığı üçün Məhbubə Hüseynovaya töhmət verilib və o cərimələnib. Amia.az

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Azərbaycanda baş həkim vəzifəsindən azad olundu
backend
Xəstəxanadan evə buraxılan 9 yaşlı uşaq öldü - Foto
backend
Yasamalda eyni gündə iki yeniyetmə məktəbdən çıxıb itkin düşdü
backend
Uşaq evində böyümüş şəhid II Fəxri xiyabanda dəfn olunur - Foto
backend
Azərbaycanda 13 yaşlı qız ana OLDU
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 572

XƏBƏR LENTİ

Bu gün “Qarabağ” – “İmişli” oyunu keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1014 Şub
Mərkəzi Bank maliyyə bazarındakı vəziyyəti qiymətləndirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4614 Şub
Azərbaycan televiziyasının 70 illiyi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1214 Şub
Aeroport şosesində hərəkət bərpa olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2314 Şub
Azərbaycanın Baş naziri məzuniyyətə çıxıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1514 Şub
Tayvan məsələsi ABŞ–Çin münasibətlərində qırmızı xətdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4314 Şub
İlham Əliyev: “Bu cinayətləri törədən şəxslərin əfv olunması mümkün deyil” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2314 Şub
Ermənistanda “Sülh Körpüsü” dəyirmi masası başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:0313 Şub
Prezident İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3113 Şub
Kəlbəcərdə itkin düşən mülki şəhidin nəşi tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2013 Şub
Leyla Əliyeva “Sinxronizasiya” sərgisindən fotolar paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0913 Şub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 illiyi qeyd olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0813 Şub
Şəkidə yıxılaraq xəsarət alan şəxs xəstəxanada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3713 Şub
Marko Rubio Zelenski ilə Münxendə görüşməyi planlaşdırır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2513 Şub
"Qarabağ"ın prezidenti Tahir Gözəl "Neftçi"yə təşəkkür edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0313 Şub
Serotonin Neoro Psixoloji Mərkəzi – Etibarın, Peşəkarlığın və Humanizmin Ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5613 Şub
“Qarabağ”ın heyəti AQTİ-də – Qida təhlükəsizliyi və sağlam qidalanma müzakirə olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:5413 Şub
SOCAR ötən il 3 milyard kubmetrdən çox qaz emal edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:3913 Şub
Gənc əsgərlərin fevral ayı üçün ailə görüşləri yalnız iki gün olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3212 Şub
Leyla Əliyeva Şuşa Məscidi üçün Hazırlanan Dairəvi Xalçanın Kəsim Mərasimində İştirak Edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2912 Şub
Avropol 1,2 milyard avro dəyərində saxta əskinas ələ keçirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1312 Şub
Sabirabadda zəhərlənmə hadisəsi: 11 yaşlı uşaq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1012 Şub
Ramiz Mehdiyev dövlətə xəyanət və vəsaitləri leqallaşdırmaqda ittiham olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1712 Şub
Şərurda yol-nəqliyyat hadisəsi: iki nəfər xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5912 Şub
34 İl Sonra Tapıldı: Birinci Qarabağ Müharibəsinin İtkini Şəhidinin Nəşi Ailəsinə Təslim Olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1812 Şub
Azərbaycan Slovakiya istehsalı olan “SAM120” minaatanlarını alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5112 Şub
Bolqarıstanda “Şuşa Parkı” salınacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2312 Şub
İran İsfahandakı nüvə kompleksinin girişlərini torpaqla doldurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1012 Şub
Türkiyə Böyük Millət Məclisində deputatlar arasında toqquşma [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1311 Şub
Bakı və Əbu-Dabi arasında qardaşlaşma Memorandumu imzalanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4511 Şub
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3411 Şub
Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0111 Şub
İran Prezidenti Pezeşkian xalqa müraciət etdi: Çatışmazlıqlara görə üzr istədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1811 Şub
Bakıda qızıl sifarişini gətirən kuryer bıçaqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0611 Şub
ABŞ vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3911 Şub
Alyona Əliyeva Talassemiya Mərkəzindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0511 Şub
Qobustan, Ağsu, Şamaxı və İsmayıllıda qar intensivləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2111 Şub
“Kolumbus Kryu” Nəriman Axundzadənin transferini rəsmən açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4611 Şub
ABŞ Vitse-prezidenti Ceyms Devid Vens Bakıda rəsmi qarşılanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:1710 Şub
"Qarabağ" "Şamaxı" üzərində qələbə qazandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0310 Şub
Somalidə sərnişin təyyarəsi qəza enişi etdi — bütün sərnişinlər xilas oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4510 Şub
QMİ sədri Allahşükür Paşazadə Roma Papası ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1710 Şub
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində altıncı “Məzun Günü” keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0810 Şub
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5110 Şub
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə