“Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm”.
Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, əgər adam səhv edirsə, səhvinə görə tutulur və ittiham edilir: “Ölkəmizdə inancsız adam yoxdur. Dinindən asılı olmayaraq hamı inanır”.