
2024-cü ilin yekunlarına əsasən, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 500 milyon ABŞ dollarını ötüb.
Bu barədə Azərbaycan XİN başçısı Qazaxıstan xarici işlər naziri ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Qazaxıstan-Azərbaycan Fondunun ilkin nizamnamə kapitalı 300 milyon ABŞ dolları təşkil edəcək:
"Bu fondun yaradılması iki ölkə arasında investisiya layihələrinin icrasına əhəmiyyətli töhfə verəcək. Bunun yanaşı, yüksək səviyyəli dövlətlətarası əlaqələrimizi, aktiv siyasi dialoqumuzu nəzərə alaraq, iqtisadi əməkdaşlığıq potensialının tam reallaşdırılması üçün səylərimizi artırmalıyıq”.