
ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib.
O, bu barədə “Truth” hesabında bildirib.
Yeni tariflər sabahdan qüvvəyə minəcək.
Tramp Kanadaya tarifləri tamamilə aradan qaldırmağı da təklif edib: “Biz Kanadaya ildə 200 milyard dollardan çox subsidiya veririk. Niyə? Bu belə davam edə bilməz. Məntiqli olan yeganə şey Kanadanın bizim 51-ci ştatımıza çevrilməsidir. Bu, bütün tarifləri və digər hər şeyi tamamilə aradan qaldıracaq”.