Pakistanın Hayber-Paxtunxva əyalətində kömür mədənində iki qəbilə arasında qarşıdurma baş verib.
Dera Adem Xel bölgəsində kömür mədəninə “Günəşli Xel” və “Zərqun Xel” tayfaları arasında münaqişə yaşanıb.
Hadisə nəticəsində 15 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Polis vəziyyətin nəzarət altında olduğunu və məsələ ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Bildirilir ki, 2019-cu ildən bəri iki qəbilə arasında kömür mədəni məsələsi ilə bağlı fikir ayrılığı var.